Elnur Kələntərova polkovnik rütbəsi verildi

   Elnur Kələntərova polkovnik rütbəsi verildi
  03 Sentyabr 2021    Oxunub:2633
Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova polkovnik rütbəsi verilib. Bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə E. Kələntərov facebook hesabında yazıb.

"Həyatımda ilk dəfə idi ki, məzuniyyətdən sonra birinci iş günüm unudulmaz, sevincli və yaddaqalan oldu. Necə deyərlər dincəlməyimin yorğunluğu çıxdı. Polkovnik rütbəmin verilməsi əmri ilə tanış edildim. Buna görə Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynova dərin təşəkkürümü bildirirəm. Həmişəki kimi yüksək əhval və həvəslə, vicdanla işləməyə davam".

Qeyd edək ki, E.Kələntərov ötən ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub.

Azvision.az



Teqlər:



Xəbər lenti