Təhsil Nazirliyi vətəndaş qəbulunu noyabrın 1-dək dayandırıb
Qeyd edək ki, Təhsil Nazirliyinin strukturuna daxil olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən də 6 sentyabr 2021-ci il tarixindən vətəndaşların qəbulu videoqəbul formatında keçiriləcək. Videoqəbulların keçirilməsində məqsəd TKTA tərəfindən göstərilən xidmətlərin şəffaf və keyfiyyətli həyata keçirilməsi və vətəndaşların rahatlığının təmin olunmasıdır. Videoqəbulda iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Çağrı Mərkəzi”nin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contact_us) vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.
Azvision.az
Teqlər: Təhsil







Vaxtında, Aydın, Lazımlı!


