"Ailə daxilində zorakılıq qəbuledilməzdir" - Komitə sədri

   "Ailə daxilində zorakılıq qəbuledilməzdir" -    Komitə sədri
  03 Sentyabr 2021    Oxunub:1397
“İnsanlar istər uşaq, istər qadın, istərsə də kişi olsun, onlara doğma məkanda təzyiqə məruz qalmamalıdır. Ailə bizim qalamızıdır. Ailə kənar təhlükələrə bağlı olmalıdır. İnsanların ailə daxilində zorakılığa məruz qalması qəbuledilməzdir”.
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər məişət zorakılığı ilə bağlı cinayətlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, müvafiq qurumlar da bu sahədə öz fəaliyyətini həyata keçirməlidir: “Bu sahə müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, medianın diqqətindədir. Bizim komitə də öz səlahiyyətləri çərçivəsində proseslərin içərisindədir. Biz preventiv tədbirlərin görülməsinə, həssas ailələrin daim diqqətdə saxlanılmasına, baş verəcək bu cür hadisələrin qarşısının alınmasına yönələn tədbirlərin keçirilməsinə daha çox üstünlük veririk. Bir həqiqət də var ki, cəmiyyətdə bu kimi məsələlərə münasibət heç də bütün ailələrdə eyni deyil. İnsanlar əksər hallarda bu kimi cinayətlərin baş verməsinə səbəb olan hadisələri gizli saxlayırlar. Belə hadisələr haqqında məlumat yalnız çox ağır nəticələr olduğu halda ictimaiyyətə açıqlanır”.

Azvision.az



Teqlər: Ailə   Zorakılıq  



Xəbər lenti