Mehriban Əliyeva qızıl medalçını təbrik edib

   Mehriban Əliyeva qızıl medalçını təbrik edib
  03 Sentyabr 2021    Oxunub:1113
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan milli yığmasına 12-ci qızıl medalı qazandıran idmançımızı təbrik edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezidentin instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycanın qızıl medallarının sayı 12-yə çatdı! Paralimpiyaçımız Raman Salehi 3-cü medalını qazanması münasibətilə təbrik edirəm! Azərbaycanı Paralimpiadada layiqincə təmsil edən milli yığmamıza səmimi-qəlbdən təşəkkür edir, bütün idmançılarımıza yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”.

Azvision.az



Teqlər: Medal  





Xəbər lenti