Sabunçuda ev yanıb, 2 nəfər xəsarət alıb

  03 Sentyabr 2021    Oxunub :629
Sabunçuda ev yanıb,    2 nəfər xəsarət alıb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli evdə kağız və parça tullantıları 1 m² sahədə, evin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı qismən və hasara quraşdırılan 1 ədəd qaz sayğacı yanıb.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər:







Xəbər lenti