“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib - Foto

“Dəniz kuboku” müsabiqəsinin bağlanış mərasimi keçirilib -    Foto
  03 Sentyabr 2021    Oxunub:1162
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən "Dəniz kuboku" müsabiqəsi başa çatıb.
Bu barədə Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sentyabrın 3-də İran İslam Respublikasının Ənzəli şəhərində müsabiqənin bağlanış mərasimi keçirilib.

Tədbirdə iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov, o cümlədən digər ölkələrin hərbi attaşeləri, hakimlər komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Müsabiqənin üç mərhələsi üzrə yekun nəticələrinə əsasən İran komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan və Qazaxıstan komandaları isə üçüncü yerdə qərarlaşıb.



Azvision.az



Teqlər:



Xəbər lenti