Türkiyədə ötən gün koronavirusdan 276 nəfər ölüb

Türkiyədə ötən gün koronavirusdan 276 nəfər ölüb
  03 Sentyabr 2021    Oxunub:1148
Türkiyədə son sutkada yeni növ koronavirusdan 276 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 304 530 nəfər test edilib, onların 22 857-nin koronavirus testi pozitiv nəticə verib, 14 527 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 96 378 383 peyvənd tətbiq edilib ki, bunun 79,26 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Azvision.az


Teqlər: Türkiyə   virus  





Xəbər lenti