Gələn həftədən boş qalan yerlərə ixtisas seçimi başlayır

Gələn həftədən boş qalan yerlərə ixtisas seçimi başlayır
  04 Sentyabr 2021    Oxunub:2118
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Məlumata görə, həmin yerlərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti