Milli Məclisin komitə iclasları başlayır

   Milli Məclisin komitə iclasları başlayır
  04 Sentyabr 2021    Oxunub:1193
Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.


Azvision.az xəbər verir ki, sentyabrın 8-də parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək.
Onlayn qaydada keçiriləcək toplantının gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

Azvision.az



Teqlər: Milli-Məclis   İclas  



Xəbər lenti