Koronavirus xəstələri ictimai yerdə saxlanıldı

Koronavirus xəstələri ictimai yerdə saxlanıldı
  04 Sentyabr 2021    Oxunub:1429
Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Azvision.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Müəyyən olunub ki, saxlanılan şəxslər Sumqayıt şəhər 45-ci məhəllə sakini, 1996-cı il təvəllüdlü Cəfərov Səmral Rövşən oğlu və 6-cı mikrorayon sakini 1971-ci il təvəllüdlü Nəsibova Südabə Zəfər qızıdır.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Özünütəcrid qaydalarını pozan koronavirus daşıyıcıları barəsində polis orqanları tərəfindən bundan sonra da ciddi tədbirlər görüləcək.

Azvision.az



Teqlər: Koronavirus   Xəstə  





Xəbər lenti