Azərbaycanda 3 305 nəfər COVID-19-a yoluxub, 40 nəfər ölüb

 Azərbaycanda 3 305 nəfər COVID-19-a yoluxub,    40 nəfər ölüb
  04 Sentyabr 2021    Oxunub:1377
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  



Xəbər lenti