Doqquz partiyanın ofisinin yerləşdiyi ərazi abadlaşdırılır

Doqquz partiyanın ofisinin yerləşdiyi ərazi abadlaşdırılır
  04 Sentyabr 2021    Oxunub:988
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160 B ünvanındakı binanın həyətyanı ərazisi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən abadlaşdırılır.
Azvision.az - a bu barədə BŞİH-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, həmin ünvanda aparılan abadlıq işləri siyasi partiya rəhbərlərinin dövlətimizin başçısına ünvanladığı müraciətdən sonra, Prezident İlham Əliyevin göstərişinə əsasən həyata keçirilir.

Abadlıq işlərinə sentyabrın 3-dən başlanıb. Ərazidə yaşıllıq salınır və təmizlik işləri aparılır.

Azvision.az



Teqlər:



Xəbər lenti