BMT toplantısında “Nizami Gəncəvi: "Şair və Müdrik” kitabı təqdim olunacaq
Latviya Respublikasının Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vīķe-Freiberga bildirib ki, bir millətin mədəni irsi, mənəvi zənginliklərinin bir hissəsi olaraq, istifadə edə biləcəyi maddi sərvətlərdən daha qiymətlidir: “İsmayıl Serageldinin Nizami Gəncəvi haqqında kitabının Mərkəz tərəfindən nəşr edilməsi Nizami Gəncəvi tədqiqatında yeni bir dövrün başlanğıcını göstərir. Ümid edirik bu, həm azərbaycanlı, həm də beynəlxalq müəlliflərin Nizami irsinin alovunu yaşatmağa yönəlmiş nüfuzlu nəşrlər silsiləsinin başlanğıcı olacaq”.
Finlandiya Respublikasının Prezidenti (2000-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Tarja Halonen qeyd edib ki, nəşr bu böyük şair və filosof haqqda bilikləri genişləndirəcəkdir: “Beynəlxalq dialoqa, öyrənməyə, tolerantlığa və anlayışa hər zamankındən daha çox ehtiyac var”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən Nizami Gəncəvi 880 illiyi çərçivəsində Baş Katibliyin bu layihənin reallaşdırılması bizim üçün çox önəmlidir.
Azvision.az
Teqlər: BMT Nizami-Gəncəvi







Vaxtında, Aydın, Lazımlı!


