"Füzuli aeroportuna uçuş sxemi çox rahatdır" - Kapitan

   "Füzuli aeroportuna uçuş sxemi çox rahatdır" -    Kapitan
  05 Sentyabr 2021    Oxunub:2293
"Bir azərbaycanlı pilot kimi qürur və həyəcan hissi keçirirəm. Nəhayət ki, biz Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başlamışıq”.
Azvision.az xəbər verir ki, bunu bu gün Füzuli Beynəlxalq Hava Limanına eniş icra edən Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus "Airbus A340-500" tipli sərnişin təyyarəsinin kapitanı Rasim Əşrəfov deyib.

Pilot bildirib ki, Füzuli Beynəlxalq Hava Limanına uçuş sxemi çox geniş və rahatdır:

“Uçuş zolağı belə böyük təyyarələri qəbul etmək baxımından pilot üçün çox rahatdır. Aeroportun avadanlığı beynəlxalq standartlara uyğundur. Əminəm ki, bu yaxınlarda Qarabağda daha bir aerodroma uçuşlara başlayacağıq".

Azvision.az



Teqlər: Füzuli   Uçuş  





Xəbər lenti