"Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik”

   "Şərqi Zəngəzurdakı hava limanlarının açılışında da birgə iştirak edəcəyik”
  05 Sentyabr 2021    Oxunub:805
Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər.
Azvision.az xəbər verir ki, bunu Füzuli Beynəlxalq Hava Limanında jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev söyləyib.

“Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi 1 il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”, - vitse-prezident deyib.

Əlavə edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb: “İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.

Azvision.az



Teqlər: Füzuli   Uçuş  



Xəbər lenti