Qiyamçılar Qvineya prezidentini saxlayıb - YENİLƏNİB

Qiyamçılar Qvineya prezidentini saxlayıb -  YENİLƏNİB
  05 Sentyabr 2021    Oxunub:2144
Qvineyada üsyana qalxan həbçilər prezident Alfa Kondeni saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Guinee News” portal xəbər yayıb.
Azərbaycan və Qvineya arasında əməkdaşlıq imkanları müzakirə olunub

Məlumata görə, dövlət başçısı polkovnik Mamadi Dumbuyanın başçılıq etdiyi xüsusi təyinatlılar tərəfindən tutulub. Xüsusi təyinatlıların bir sıra yüksək rütbəli məmurları da saxladığı bildirilir.

***
Qvineyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb, 25 hərbçi tutulub.

Azvision.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, ölkə prezidenti Alfe Kondeyə sadiq qüvvələr paytaxt Konakridə hərbi qiyamda iştirak edən 25 hərbçini saxlayıb.

Daha əvvəl mətbuat Konakridə prezident iqamətgahı yaxınlığında atıma olduğu barədə məlumatlar yayıb. Yerli KİV çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun dayandığını yazır. Üsyançı qrupa əvvəllər Fransa Xarici Legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Azvision.az



Teqlər: Qvineya  



Xəbər lenti