Azərbaycan və Qvineya arasında əməkdaşlıq imkanları müzakirə olunub
![Azərbaycan və Qvineya arasında əməkdaşlıq imkanları müzakirə olunub Azərbaycan və Qvineya arasında əməkdaşlıq imkanları müzakirə olunub](https://azvision.az/photos/2025/02/BAYR-1739623667.jpg)
Ceyhun Bayramov iki ölkə arasında qarşılıqlı səfər və təmasların ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsinə töhfə verdiyini bildirib. Xüsusilə, təhsil sahəsində əməkdaşlığın, təqaüd və mübadilə proqramlarının gənclər, o cümlədən xalqlarımız arasında təmasların inkişafında mühüm rolu qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: Azərbaycan Qvineya əməkdaşlıq