Televiziya və radioların fəaliyyətində müvəqqəti fasilə yaranıb
Bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilələr olacaq. Kompleks profilaktika texniki tələbdir və onun aparılmasında məqsəd, bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.
Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


