600 balla kəsilənlər: Bu, necə olur?! |
- Övladımın uşaqlıqdan istəyi həkim-cərah olmaq idi. 600 bal topladığı üçün biz Azərbaycan Tibb Universitetiin tibb ixtisasını ingilis dili üzrə, rus dili üzrə ödənişsiz və ödənişli əsaslarla yazdıq. Bizi arxayın saldılar ki, ödənişsiz olmasa belə, ödənişli ixtisasa düşəcək. Çünki keçən il keçid balı 374 idi. Bilirəm ki, ona əsaslanmaq lazım deyil. Amma biz balların bu qədər yüksələcəyini düşünmürdük.
Könül Yusifova nəticələr açıqlanandan sonra hər yerə müraciət etdiklərini, Dövlət İmtahan Mərkəzinə getdiklərini deyib: “Ərizə yazdıq və bizə sentyabrın 20-ə qədər gözləməyimizi bildirdilər. II tur üzrə də qeydiyyat başa çatandan sonra Elvinanın balına uyğun ATU-nun ixtisaslarından birinə salına biləcəyi ehtimalı deyildi. Ümid edirəm, belə olar. Çünki 600 bal toplayan birinin 200 ballıq yerdə oxuması haqsızlıq olar. Övladım 11 il yüksək qiymətlərlə oxuyub, əlaçı olub. O, gələcəyin savadlı həkimi ola bilər, mən isə buna mane olmaq istəmirəm”.
Aytən Zəhra
Azvision.az