İki yeniyetmə qız kanalda boğuldu

İki yeniyetmə qız kanalda boğuldu
  06 Sentyabr 2021    Oxunub:1061
Ağdaşda iki azyaşlı kanalda batıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Sukanalı  





Xəbər lenti