YAP gəncləri istirahətə apardı

YAP gəncləri istirahətə apardı
  11 Fevral 2013    Oxunub:2107
Bu gün Yeni Azərbaycan Partiyası Gənclərinin Birliyinin aktiv gənclərindən ibarət növbəti heyəti “Qış məktəb”i üçün Oğuz rayonuna yola düşüb.
AzVision.az-ın məlumatına görə, Oğuz rayonunun «Afra» ötelində təşkil olunan “Qış məktəbi” beş gün davam edəcək. Layihədə Bakı şəhəri ilə yanaşı, bölgələri də təmsil edən 100 gənc iştirak edir.
“Qış məktəbi”ndə gənclər maraqlı təşəbbüslərlə çıxış edəcəklər. Belə ki, onlar intellektual yarışlar təşkil etməklə yanaşı, sosial şəbəkələrdə iştirak, seçki prosesində fəal iştirak və digər maraqlı təqdimatlar olacaq.
Qeyd edək ki, layihə çərçivəsində YAP rəhbərliyinin, Milli Məclisin deputatlarının gənclərin qonağı olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti