Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmənin hədəflərini məhv edib - VİDEO

   Azərbaycan və Türkiyə hərbçiləri şərti düşmənin hədəflərini məhv edib -    VİDEO
  07 Sentyabr 2021    Oxunub:1606
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.









Azvision.az



Teqlər: Hərbi-təlim   Türkiyə  





Xəbər lenti