Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır

   Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır
  07 Sentyabr 2021    Oxunub:547
Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır.
Azvision.az -ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

XİN başçısı bu mövqenin Azərbaycanın dövlət başçısı tərəfindən səsləndirildiyini də qeyd edib.

Azvision.az



Teqlər: XİN   Azərbaycan  





Xəbər lenti