"Güzəştə gedilməyəcək"- Nazirdən peyvənd xəbərdarlığı

 "Güzəştə gedilməyəcək"-  Nazirdən peyvənd xəbərdarlığı
  07 Sentyabr 2021    Oxunub:1583
"Yaxın günlərdə ali təhsil müəssisələri və orta ixtisas müəssisələrində təşkilatı məsələlərlə bağlı qaydalar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, üzbəüz təhsilə keçiddə böyük saylı auditoriyalarda mühazirələrin keçirilməsinin əleyhinəyik.

Məktəblər hansı halda bağlana bilər? - Açıqlama
"18 yaşdan yuxarı tələbə və digər təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir. Bu barədə güzəşt olmayacaq. Bu müəllimlərə də aiddir. Çox sayda müəllim var ki, vaksinasiyadan imtina edirlər. Tibbi və sağlamlıq nöqteyi nəzərdən bu vacibdir".

Aytən Zəhra
Azvision.az



Teqlər:   Məktəb   Vaksin  





Xəbər lenti