"700 balı təhsilin keyfiyyət göstəricisi kimi qəbul etmirəm" - Emin Əmrullayev

   "700 balı təhsilin keyfiyyət göstəricisi kimi qəbul etmirəm" -    Emin Əmrullayev
  07 Sentyabr 2021    Oxunub:1778
"Bu il maksimal sayda insan tələbə adını qazanıb. 700 balı heç vaxt təhsilin keyfiyyət göstəricisi kimi qəbul etməmişəm".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib.

Peyvənd olunan müəllimlərin sayı açıqlandı
Onun sözlərinə görə, builki qəbulun bal göstəriciləri hələ təhlil olunmayıb.

"Bir ilin testləri ilə ötən ilin testlərini müqayisə ediriksə, burada elmi araşdırmaların olması vacibdir, nəinki ictimai rəyin. Bu il həm bakalavr, həm magistr səviyyəsində ən çox insanın tələbə adını qazanması və 99 faiz yerin dolması yaxşı göstəricidir. Məndə olan bəzi məlumata görə nəticələr yuxarıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər:   Məktəb  



Xəbər lenti