Tələbələr bu il krediti ala biləcəklər

 Tələbələr bu il krediti ala biləcəklər
  07 Sentyabr 2021    Oxunub:2507
"Bu il tələbələrin təhsil krediti alması mümkün olacaq".

Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə deyib. Onun sözlərinə görə, hazırda tələbələrin qeydiyyatı davam edir:
"Proses bitdikdən sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək. İnanırıq ki, bir neçə min tələbə müvafiq qaydalara əsasən tələbə krediti ala biləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti