Gürcüstan Parlamenti karantin cərimələrinin ləğvini təsdiqlədi
Gürcüstan Parlamentinin vitse-spikeri Georgi Volski bildirib ki, müvafiq güzəşt yalnız 2021-ci ilin 23 iyununadək yazılan cərimələrin silinməsini nəzərdə tutur.
Əfv qərarının 245 min vətəndaşı və 344 hüquqi şəxsi əhatə edəcəyi, nəticədə 76 milyon lari (24 milyon ABŞ dolları) məbləğində cərimənin silinəcəyi bildirilir.
Azvision.az
Teqlər: Gürcüstan Korona-cərimələri