Çex baş nazir: “Əfqan qaçqınlara Avropada yer yoxdur”
“Avropa Birliyi ölkələrində Əfqanıstandan gələn qaçqınlar üçün artıq yer yoxdur. Bu Yaxın Şərq ölkəsindən olan potensial miqrantların vətənlərində yardıma ehtiyacı var”.
Babiş üçtərəfli görüş zamanı Əfqanıstandakı vəziyyəti də müzakirə etdiklərini deyib: Əfqanıstandakı vəziyyət gözlənilməz olaraq qalır. Əfqanların vətənlərində qalmaları üçün onlara kömək etmək istəyirik. Avropada onsuz da əslində onlara yer yoxdur”.
Çexiya Baş naziri əlavə edib ki, slovakiyalı və avstriyalı həmkarları onun fikirlərini dəstəkləyir.
Görüşdə koronavirus pandemiyasına qarşı mübarizə də müzakirə edilib. Baş nazirlər ölkələrinin sakinlərini COVID əleyhinə peyvənd olunmağa çağırıblar.
Azvision.az
Teqlər: Babiş Əfqanıstan