Ermənilərin "böyük dostu" vurulur: Zatulin oyundan kənarda qala bilər

      Ermənilərin "böyük dostu" vurulur:    Zatulin oyundan kənarda qala bilər
  08 Sentyabr 2021    Oxunub:3904
Rusiya prezidentinin administrasiyası tərəfindən kurasiya olunduğu ehtimal olunan "НЕЗЫГАРЬ" teleqram kanalında yerləşdirilən məlumatdan bəlli olur ki, hakimiyyət Konstantin Zatulindən ciddi narazıdır və onu yeni seçiləcək VIII çağırış Dumada görmək niyyətində deyil.
Dövlət Dumasının nə az-nə cox, düz 4 çağırışının deputatı olmuş K. Zatulin MDB dövlətləri ilə iş üzrə Komissiyanın rəhbərinin birinci müavini vəzifəsini icra etdiyi müddətdə yalnız Ermənistanla şəxsi "iş aparıb" və bu fəaliyyət fiasko ilə nəticələnib. Mənbə qeyd edir ki, belə getsə, Ermənistan MDB-ni hətta tərk edə bilər, çünki orada rusdilli əhali sürətlə azalır, məktəblərdə rus dili tədris olunmur, bütün humanitar proqramlara isə son qoyulub...

Rusiya Federasiyasının sözügedən Komissiyaya illər boyu külli miqdarda vəsait ayırmasına baxmayaraq, bu pullar real və vacib layihələrə deyil, "rus-erməni dostluğu klubuda" Zatulinin erməni biznes tərəfdaşlarının şəxsi maraqlarına xidmət edir. Kanal belə qənaətə gəlir ki, sahə Konstantin Fyodoroviçin kurasiyasında qalsa, Rusiya Ermənistanı nəinki MDB-də, ümumilikdə itirməklə üzləşə bilər.

Hələlik isə "НЕЗЫГАРЬ" kanalı Konstantin Zatulinin təkcə Moskvadakı beş lüks mənzili barədə məlumat yayaraq, onların əldə olunmasında bilavasitə erməni dostlarının "qardaş yardımına" işarə edir. Odur ki, materialda diaspor fəalı, Andranik Miqranyanın "Zatulin ermənilərin böyük dostudur" ifadəsi əbəs yerə səslənməyib...

Təbii ki, həyatda heç nə havayı deyil və Zatulinin nəhəng sərvəti də ermənilərə göstərilən əvəzsiz xidmətin əksidir. Lakin müəllif xüsusilə qeyd edir ki, "Rusiya tərəfindən ayrılan budcə deputatın şəxsi maraqlarına deyil, Ermənistanı Rusiyaya bağlamağa xidmət etməli, onun cəmiyyətini şimalda son ümid görməyə vadar etməliydi".

Əslində isə hər şey əksinədir: faşist Qareqin Njde məsələsində deputat həmkarlarına sərt cavab verən Konstantin Zatulin Ermənistanın qərbyönümlü (!) elita mənsubları ilə biznes qurur. Odur ki, “Dumanın yeni tərkibində onun kimilərə yox, MDB ölkələrində rusiyayönlü layihələrə əhəmiyyət verən ciddi adamlara ehtiyac var... ",- materialda deyilir.

Hans Kloss
Azvision.az üçün


Teqlər: Zatulin  





Xəbər lenti