İdmançılarımız Kazanda daha iki bürünc medal qazandı

İdmançılarımız Kazanda daha iki bürünc medal qazandı
  08 Sentyabr 2021    Oxunub:940
Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha iki bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə milli komandalar yarışda üçüncü yeri tutub.

Oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari yer alıb.

Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova MDB Oyunlarında mübarizə aparıb.

Azvision.az


Teqlər: Stolüstütennis  





Xəbər lenti