Təbii su hövzələrinə körpə balıqlar buraxılacaq

Təbii su hövzələrinə körpə balıqlar buraxılacaq
  08 Sentyabr 2021    Oxunub:1385
Balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi, populyasiyasının artırılması, ölkənin təbii su hövzələrinin zənginləşdirilməsi məqsədilə 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində müxtəlif körpə balıq növləri təbii su hövzələrinə buraxılacaq.
Azvision.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kür çayına, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına balıqartırma müəssisələrində yetişdirilən nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur növündən olan balıq balalarının buraxılması planlaşdırılır.

“Biz bütün balıq yetişdirən müəssisələri körpə balıqların su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına bizimlə birgə töhfə verməyə çağırırıq”.

Xidmət rəsmisinin sözlərinə görə, körpə balıqların təbii su hövzələrinə buraxılması oktyabrın sonunadək davam edəcək.

Azvision.az


Teqlər: Balıq  





Xəbər lenti