XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib
Ermənistan XİN-in Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığı və sülh və təhlükəsizliyə xələl gətirdiyi barədə iddiasına münasibət bildirən XİN rəsmisi deyib: "Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altında saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.
Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir".
Azvision.az