Ehtiyatda olan polis polkovniki, qazi və siyasi xadim - Namiq Həsənov

Ehtiyatda olan polis polkovniki, qazi və siyasi xadim - Namiq Həsənov
  08 Sentyabr 2021    Oxunub:2532
Bu dünyadan bir insan keçdi... Həm şanlı idi, həm səxavətli idi, həm də vətənini sevən. Bu dünyadan Namiq Həsənov keçdi! Onun haqqında çox şey yazmaq olar. Amma onun müstəqilliyimizin ilk illərindəki fədakarlığı, xüsusən də blokada şəraitində olan Naxçıvanın müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin olunmasındakı gördüyü işlər, təkcə məmur olaraq yox, insan olaraq əksəriyyətinin bacara, edə bilməcəyi bir sücayət idi.
90-cı illərin əvvəli idi. Erməni təcavüzünün artığı bir dönəmdə polis polkovniki Namiq Həsənov uniformasını hərbi geyimlə əvəz edib, vətən fədaisi kimi torğaqlarımızın müdafiəsinə qatıldı. O, Sədərək, Şada, Kərməçataq, Buzqov, Günnüt və digər yaşayış məntəqələrindəki ən ağır döyüşlərin iştirakçısı və rəhbərlərindən olub. Yəqin ki, o dövrün ağır döyüşlərini görən, bilən və yaşayan Naxçıvan vətəndaşları Namiq Həsənovun ruslardan helikopter alaraq, mühasirədə qalan, yaralı polis əməkdaşlarını o ərazidən çıxardığını da xatırlayar.

Onun bu xidmətləri, vətəninə, millətinə bağlılığı Ulu Öndər Heydər Əliyevin də diqqətindən yayınmırdı. Qısa zaman ərzində Namiq Həsənov Ulu Öndərin köməkçilərindən, sirdaşlarından oldu.

Namiq Həsənov Naxçıvanda Heydər Əliyevə qarşı sui-qəsdin qarşısını aldığına görə, xidmətdən kənarlaşdırılsa, o, öz postunu əzm nümayiş edərək Heydər Əliyevin göstərişi ilə tərk etmədi. Qısa zaman kəsiyində Naxçıvanın asayişinin keşikçisi oldu.

Heydər Əliyevdən sonra Naxçıvan MR-in Ali Məclisinin sədri kimi bir çox yerli ölkə əhəmiyyətli qərarların qəbulunda xidmətləri olub. Namiq Həsənov Azərbaycan Konstitusiyasını hazırlayan ziyalılarımızdan olub. Əhalinin rifahı üçün çətin və qayğılı dövrdə (1995-2000) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini kimi çalışıb. Namiq Həsənovun nazir müavini kimi çalışdığı dövrdə, əllilik, sosial müavinət, pensiya ilə bağlı yeni qanunlar hazırlanıb ki, bu da dövrünün tələblərinə tam cavab verirdi.

Ehtiyyatda olan polis polkovniki, qazi və siyasi xadim. Bəli, Namiq Həsənov adının mənasının xarakter və xidmətləri ilə tam olaraq haqqını verib.

Dövlət, millət və vətən üçün “gizli qəhrəman”lardan olan Namiq Həsənov 76 illik ömrünə bir neçə həyat sığdırmağı bacardı. O, bu ömrün qayğısından, çətinliklərindən, problemlərindən alnıaçıq, başı uca çıxmağı bacardı. Ruhunuz şad, məkanınız Tanrı dərgahının ən uca yeri olsun, Namiq müəllim. Vətən, millət, dövlət üçün etdikləriniz örnək, miras və nümunədir…

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti