Kolleclərə qəbulun nəticələri açıqlanıb

Kolleclərə qəbulun nəticələri açıqlanıb
  08 Sentyabr 2021    Oxunub:1197
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
DİM-dən Azvision.az -a bildirilib ki, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində yerləşdirib.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti