Ötən ay 9 uşaq övladlığa verilib

   Ötən ay 9 uşaq övladlığa verilib
  08 Sentyabr 2021    Oxunub:941
Bu ilin avqust ayı ərzində Azərbaycanda 9 uşaq övladlığa verilib. Onlardan 5-i öz qohumları tərəfindən övladlığa götürülüb
Bu barədə Azvision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazieliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Ümumi övladlığa götürülənlərdən 4-ü qız, 5-i isə oğlandır.

Ümumilikdə, 2021-ci ilin 8 ayı ərzində 77 uşaq övladlığa verilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Övladlığaverilmə  





Xəbər lenti