ABŞ-ın Kolorado ştatında yüngül, ikimotorlu təyyarə qəzaya uğrayıb. Təyyarə Orora şəhərində, yaşayış binalarının yaxınlığında yerə düşüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerində dərhal yanğın başlayıb. Yerli mətbuat təyyarəni idarə edən pilotun öldüyünü bildirir. Faktla bağlı ABŞ-ın Federal aviasiya idarəsi araşdırma aparır.