Gələn il müdafiə xərclərimiz 5 milyard manata yaxın olacaq

  Gələn il müdafiə xərclərimiz 5 milyard manata yaxın olacaq
  08 Sentyabr 2021    Oxunub:2098
Gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq. Azvision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.
Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

Qeyd edək ki, gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.

Azvision.az


Teqlər: Büdcə  



Xəbər lenti