Hərbi attaşemiz təlim iştirakçıları ilə görüşüb

Hərbi attaşemiz təlim iştirakçıları ilə görüşüb
  08 Sentyabr 2021    Oxunub:1015
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb.
Bu barədə Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir.

Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.

Sonda xatirə şəkli çəkdirilib.





Azvision.az


Teqlər:





Xəbər lenti