"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)

"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? -  Aleksandr Perendijevin şərhi (Eksklüziv)
  09 Sentyabr 2021    Oxunub:1632
“Tacikistan sərhədi Əfqanıstanda yerləşən “Taliban” və ya “İŞİD” terrorçularının hücumuna məruz qalarsa, Rusiya Tacikistan təhlükəsizlik qüvvələrinin bölmələri ilə birlikdə 201-ci hərbi bazasının güc və vasitələrindən istifadə edərək, silahlıların geri çəkilməsini təşkil edəcək”.
Bunu Azvision.az-a hərbi ekspert, politoloq, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin (RİU) Siyasi Elm və Sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiev deyib. Onun sözlərinə görə, hücum edənlərə zərbələr aviasiya, raket və artilleriya vasitəsilə endiriləcək.

- Vəziyyət pisləşərsə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) çevik reaksiya qüvvələrinin müdaxiləsinə ehtiyac yarana bilər. Rusiya Əfqanıstan-Özbəkistan sərhədinə hücum edənlərə rəsmi Daşkəndin istəyilə hava zərbələri şəklində hərbi cavab da verə bilər. Ancaq rəsmi Moskva və KTMT bunu Özbəkistana ən azından təşkilatın tərəfdaşı statusu verildikdən sonra edə bilərlər - o deyib.

Politoloq hesab edir ki, Türkmənistan bu vəziyyətdə zəif halqadır: “Əfqanıstandan mümkün hücumu dəf etmək üçün Rusiya və postsovet məkanındakı digər dövlətlərlə birgə hərəkət sistemi yoxdur. Türkmənistanın müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayacağı təqdirdə rəsmi Moskvanın KTMT-dakı müttəfiqlərindən - Qazaxıstan, Qırğızıstan və Tacikistandan istifadə edərək, Aşqabada hərbi yardım göstərə bilməsi mümkündür”.

Azvision.az


Mövzu ilə bağlı digər materiallar:

“Taliban” daha nələrə Kabildir: Dünya sürprizlərə hazırlaşır – TƏHLİL
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert
Talibləri gözləyən 4 əsas problem - TƏHLİL



Teqlər: KTMT   Tacikistan  





Xəbər lenti