Təhsil kreditləri oktyabrda veriləcək - Rəsmi

   Təhsil kreditləri oktyabrda veriləcək -    Rəsmi
  09 Sentyabr 2021    Oxunub:1113
Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsi prosesinə oktyabr ayında başlanılacaq.

Bu barədə Azvision.az a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O bildirib ki, ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan I kurs tələbələri qeydiyyat prosesində təhsil haqqının ən azı yarısını özləri ödəməlidir:

“Oktyabr ayından artıq tələbə kreditlərinin verilməsi prosesinə başlanılacaq. O zaman hər bir tələbə krediti almaq üçün müraciət edə biləcək”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair brifinqdə bu il tələbələrə təhsil kreditinin veriləcəyini bildirib. O qeyd edib ki, tələbələrin qeydiyyatı başa çatdıqdan sonra tələbə kreditlərinin verilməsi elektron qaydada elan ediləcək.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Kredit  



Xəbər lenti