Daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

 Daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib
  10 Sentyabr 2021    Oxunub:1529
Ağır yaralanan daha 5 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
1. İdrisov Ərşad Rafiq oğlu
2. Misirzadə Rahib Mübariz oğlu
3. Əmənli Nurlan Şirzad oğlu
4. Səmədov Ceyhun Eldar oğlu
5. Əzizli Səddam Nazim oğlu

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.



Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.









Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ceyhun-Bayramov  



Xəbər lenti