Malayziya FTB-dən yardım istədi
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Malayziya hava limanina aid itən rəyyarə haqqında mütəxəssislər müxtəlif versiyalar irəli sürür.
Bildirilib ki, təyyarənin kapitanı 53 yaşlı Zahari Əhməd Şahın evində aparılmış axtarışlar zamanı onun tərəfindən quraşdırılmış uçuş trenajoru aşkar edilmişdir. Araşdırmalar zamanı fevralın əvvəllərində qurğunun yaddaşında olan məlumatların silindiyi aydın olmuşdur. Yerli KİV-lərin yazdığına görə, Malayziyanın hökumət orqanları ABŞ-ın Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edərək, həmin qurğunun elektron məlumatlarının təhlil edilməsini xahiş etmişlər. Həmçinin FTB-dən xahiş olunmuşdur ki, ötən ay qaurğunun yaddaşından silinmiş informasiyanın təhlilinə yardım göstərilsin.
Malayziyanın hökumət orqanları ümid edirlər ki, FTB məhv edilmiş məlumatları bərpa etməyə yardım edə biləcək.
ABŞ-ın ədliyyə naziri Erik Holder bəyan etmişdir ki, ABŞ itmiş təyyarənin tapılması üçün “lazım olan bütün yardımları” göstərməyə hazırdır. O, həmçinin bu məsələdə FTB-nin Malayziya hökumət orqanları ilə əməkdaşlıq etdiyini də təsdiq edib.
Artıq on dörd gündür ki, yoxa çıxan təyyarənin axtarışına 25 ölkənin xüsusi xidmət orqanları cəlb edilib. Əsas versiya kimi, təyyarənin qəzaya uğraması və qaçırılması göstərilir.
Qeyd edək ki, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.
Teqlər: