Binə qəsəbəsində marşrut xəttinin fəaliyyəti bərpa edilir

Binə qəsəbəsində marşrut xəttinin fəaliyyəti bərpa edilir
  09 Sentyabr 2021    Oxunub:1141
Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az - a verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq.

Marşrut xətti üzrə gediş haqqı 0.30 azn olacaq. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Sərnişinlərin “BakıKart"ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada post-terminallar qoyulub. Bundan əlavə, Binə südçülük sovxozu, "Mehriban qonşular" küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.

Azvision.az



Teqlər: Avtobus   Binə-qəsəbəsi  



Xəbər lenti