Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
  09 Sentyabr 2021    Oxunub:639
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 268 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, sutka ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 270, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7430450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4442484, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2987966 təşkil edir.

Azvision.az



Teqlər: Azərbaycan   Vaksin  





Xəbər lenti