Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb

   Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb
  09 Sentyabr 2021    Oxunub:1457
"COVİD-19 virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçunun müalicəsinin gedişi Heydər Əliyev Fondunun, şəxsən hörmətli Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir".
Azvision.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, Prezidentin köməkçisi Anar Ələkbərov da Yaqub müəllimin ailəsi ilə danışıb və müalicənin Mehriban Əliyevanın nəzarətində olduğunu deyib:

"Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah, həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun".

Qeyd edək ki, Y.Zurufçu "Yeni Klinika"ya yerləşdirilib. Bundan əvvəl klinikadan bildirilib ki, onun ağciyərlərdə COVID-lə bağlı ikitərəfli pnevmoniya, 80% buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı qeydə alınıb.

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Yaqub-Zurufçu  





Xəbər lenti