19 yaşlı qadın üçəm dünyaya gətirdi

   19 yaşlı qadın üçəm dünyaya gətirdi
  10 Sentyabr 2021    Oxunub:813
Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.
Azvision.az xəbər verir ki, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır. Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Quba   Üçəm  



Xəbər lenti