Yeniyetmələr arasında ən güclü boksçu odur

Yeniyetmələr arasında ən güclü boksçu odur
  21 Mart 2014    Oxunub:1399
Balakəndə yeniyetmələr arasında boks üzrə 9-cu Respublika çempionatının final mərhələsi keçirilib.

AzVision.az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə idmançılarının da mübarizə apardığı bu yarışda Nizami yurdundan yeganə baş mükafata Nəbi İsgəndərov sahib çıxıb.

Bu boksçu 2 saylı UGİM-dən məşqçi Turqay Əliyevin hazırlıq bölməsinin üzvüdür. 2000-ci il təvəllüdlü dəri əlcək ustası iyul ayında yeniyetmələrin Rusiyada keçiriləcək qitə birinciliyində gücünü yoxlayacaq.

Nəbi İsgəndərov fevral ayında Qəbələdə baş tutan zona yarışlarında uğurlu çıxış edərək final mərhələsinə vəsiqə qazanıb və burada da rəqiblərindən üstün olub.

Qeyd edək ki, yeniyetmələrin respublika birinciliyində 23 müxtəlif şəhər və rayonu təmsil edən boksçular qüvvələrini sınayıblar. 16 çəki dərəcəsində gedən mübarizələrdə 160-a yaxın idmançı rinqə çıxıb. Bu yarışda 2 saylı UGİM-in 4 idmançısı iştirak edib.


Teqlər:





Xəbər lenti