Xüsusi təyinatlıların təlimində maraqlı əməliyyat: Gəmi azad edilib

 Xüsusi təyinatlıların təlimində maraqlı əməliyyat:  Gəmi azad edilib
  10 Sentyabr 2021    Oxunub:1023
Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.



Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Azvision.az



Teqlər: Hərbçi   Türkiyə  





Xəbər lenti