Ramiz Göyüşov YAP-dan çıxarılıb
15:01
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılır.
Azvision.az-ın xəbərinə görə, İdarə Heyətinin üzvləri məsələ ətrafında çıxış edirlər.
R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə bu il iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Ramiz Göyüşovun qeyri-əxlaqi videogörüntüləri yayılıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


