YAP-da "böyük silkələnmə": 9 rayon təşkilatının sədri dəyişdirildi

  YAP-da "böyük silkələnmə":  9 rayon təşkilatının sədri dəyişdirildi
  10 Sentyabr 2021    Oxunub:7147
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad edilib. Azvision.az xəbər verir ki, bununla bağlı partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub. Belə ki, iclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib. Partiyanın vəzifədən azad olunan rayon təşkilatlarının sədrləri aşağıdakılardır:
1️⃣ Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev
2️⃣ Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov
3️⃣ Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı
4️⃣ Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov
5️⃣ Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva
6️⃣ Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov
7️⃣ Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov
8️⃣ Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev
9️⃣ Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva

Bundan əlavə, iclasda Vüqar Seyidov yenidən Suraxanı rayon təşkilatının sədri, Namiq Əhmədov isə yenidən Xəzər rayon təşkilatının sədri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, bu ilin aprel ayında partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayıldıqdan sonra o, vəzifəsindən azad edilib. H.Mirələmov eyni zamanda YAP üzvlüyündən xaric edilib.

Azvision.az


Teqlər: YAP  



Xəbər lenti